Gəncədə itkin düşən iki qadın tapılaraq ailələrinə təhvil verilib.

“Report”un xəbərinə görə, hadisə martın 17-də Kəpəz rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Z.Məmişova və 1999-cu il təvəllüdlü G.Əmrahova evlərindən çıxıb və bir daha geri qayıtmayıblar.

Daha sonra həmin şəxslərin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Kəpəz Rayon Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki qadın Gəncə şəhər ərazisində tapılaraq ailələrinə təhvil veriliblər.

Faktla bağlı araşdırmalar aparılır.