Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

Bakı xəbər.az xəbər verir ki, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi – Göygöl rayon sakini 1988-ci il təvəllüdlü Məmmədov Zirəddin Mübariz oğlu və Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Ləlləyev Namiq Əbulfəz oğlu hündürlükdən yıxılaraq xəsarət alıblar. N.Lələyevin vəziyyəti ağır, digər yaralının isə orta-ağır qiymətləndirilir.

Sakinlər təxliyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.

Yanğının baş vermə səbəbləri araşdırılır.