Gəncə şəhərində beşinci mərtəbədən özünü atan qadın xəstəxanada ölüb.

Bakıxəbər.az-ın Qərb bürosunun məlumatına görə, 35 yaşlı Turan Yadigar qızı Əliyeva sentyabrın 12-də yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Aparılan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.