“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Bakixeber.az-a verdiyi məlumata görə,Bayramından sonra Gəncə-Bakı istiqamətində reysə dəyişiklik edib.

“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib.

Belə ki, 25.03.2019-cu il tarixində Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir. Qeyd edək ki, Qatar Gəncədən saat 18-00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq.