İyunun 28-də Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (“AIIF-2019”) keçiriləcək.

Bakıxəbər.az barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbir qurumun təşkilatçılığı, Maliyyə Bazarlarına Nəzarət Palatasının və İcbari Sığorta Bürosunun dəstəyi ilə baş tutacaq.

Foruma yerli və xarici sığorta şirkətlərindən, beynəlxalq maliyyə institutlarından təxminən 150 nəfərin qatılacağı gözlənilir.