“Füzuli beynəlxalq hava limanının tikintisi” layihəsinə uyğun olaraq ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün İngiltərə istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal “AARDVARK” modelli mexanizm alınıb və əraziyə gətirilib.

Bakıxəbər.az-ın Füzuliyə ezam olunmuş əməkdaşı İsmayıl Nəsibli xəbər verir ki, bunu “AZAL”ın vitse-prezidenti Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda minalaradan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri həyata keçirilir.

 

Şövkət Hüseyinova