Fransada polis əməkdaşları arasındaintihar hallarının kəskin artımı müşahidə edilir.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, son 4 ayda ölkədə 28 polis əməkdaşı intihar edib. Qeyd edilir ki, ötən il ölkədə ümumilikdə 35 asayiş keşikçisi özünü öldürüb.

İntihar hallarının kəskin şəkildə çoxalması ölkənin müvafiq orqanlarının bu problemə diqqətini artırıb. Belə ki, Fransada polisin özünə qəsdinə qarşı mübarizə məqsədilə xüsusi qurum yaradılıb.