Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında həmkarlar təşkilatlarının və siyasi partiyaların təmsilçiləri ilə görüşüb.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, görüşdə 30-40 nümayəndə iştirak edib.

Müzakirələrə baş nazir Eduard Filipp, daxili işlər naziri Kristofer Kastaner, ekologiya naziri Fransua de Rüjki, iqtisadiyyat və maliyyə naziri Brüno le Mer də qatılıblar.

Görüşün yekunu olaraq, E.Makron yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə saat 23-də) televiziya vasitəsilə xalqa müraciət edəcək.

Qeyd edək ki, noyabrın 17-dən Fransada etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları hökumətin yanacağın qiymətinin bahalaşması ilə bağlı hazırladığı layihəyə etiraz edirlər.