“Formula 1” üzrə virtual dünya çempionatının növbəti mərhələsinin keçiriləcəyi yer müəyyənləşib.

“Report”un məlumatına görə, “Playstation 4” oyun konsolunda gerçəkləşdirilən yarışın qarşıdakı Qran-prisi iyunun 7-də Bakı küçələrində təşkil olunacaq.

Bu mərhələ “Formula 1″də cari mövsümün startına, yəni, iyulun 5-dəki Avstriya Qran-prisinədək davam edəcək.

Qeyd edək ki, virtual dünya çempionatının son mərhələsi Monakoda keçirilib. Həmin Qran-prinin qalibi britaniyalı Corc Rassel (“Williams”) olub. Yarışda peşəkar sürücülərlə yanaşı, İspaniyanın “Real Madrid” klubunun belçikalı qapıçısı Tibo Kurtua, İngiltərə “Arsenal”ının qabonlu hücumçusu Pyer-Emerik Obameyanq kimi məşhur futbolçular da qüvvəsini sınayır.