Həftəsonu Bakıda “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi keçiriləcək.

“Report” Bakı Şəhər Əməliyyat Şirkətinə istinadən yarışla bağlı təlimatları təqdim edir:

Biletlər və təkrar giriş qaydaları

Hər bir şəxs girişdə cari yarış günü üçün etibarlı olan bileti təqdim etməlidir. Hər bilet yalnız 1 gün ərzində etibarlıdır. Yalnız 4 günlük bilətlərlə (cümə axşamı, cümə, şənbə, bazar) hər gün Azarkeş Zonasına, yarış sonrası konsertlərə, habelə cümə axşamı baş tutacaq Pit Leyn gəzintisinə giriş hüquq var.

Bir və iki günlük biletlərlə yalnız biletdə göstərilən tarixlərdə Azarkeş Zonasına və konsertlərə giriş hüququ verir. Cümə axşamı baş tutacaq Pit Leyn gəzintisi bu biletlərə daxil deyil.

İki yaşından kiçik uşaqlara bilet tələb olunmur. Bu zaman uşaq valideyninin və ya onu müşayiət edən şəxsin qucağında oturmalı, əlavə oturacağı məşğul etməməlidir. 18 yaşından kiçik bütün tamaşaçılar valideyn və ya 18 yaşından böyük qəyyumla, şəxsiyyət vəsiqəsi və bileti təqdim etməklə yarış həftəsonuna qatıla bilərlər. Endirimlə alınmış yerli böyük, beynəlxalq və yerli uşaq biletlərinin (2-16 yaş arası) sahibləri şəxsiyyət vəsiqələrini təqdim etməlidir.

Bütün vauçerlər real çap olunmuş biletlərə dəyişilməlidir. Girişdə şəxsiyyət vəsiqəsi tələb oluna bilər.

Azarkeş Zonasına etibarlı biletlə daxil olan şəxslərə biləklik taxılacaq. Biləklik gün ərzində biləkdə olmalıdır və çıxarıldığı anda etibarsız olur. Gün ərzində Azarkeş Zonasını tərk edən şəxs təkrar giriş üçün etibarlı biletlə yanaşı bu biləklik də qolda olmalıdır.

“Crystal Hall”a təkrar giriş qadağandır.

Yarışa gəlmək

Trek ərazisində parkinq üçün yerlər ayrılmayıb. Buna baxmayaraq, izləyicilər trekin ətrafında yerləşən parkinqlərdən istifadə edə bilərlər. Parkinq yerləri – Ağ Şəhər bulvarında, “28 Mall”da, Xəqani bağının (Molokan) yanında yerləşən “Garage” parkinqdə, həmçinin Qış Bulvarının ərazisində yerləşir.

Avtobuslar 25 və 26 aprel tarixlərində saat 06:00-dan 00:00 kimi, 27 və 28 apreldə isə 20 saatlıq qrafikə keçirlər (06:00-02:00). Yarış həftəsonunda (26-28 aprel 2019) İçəri Şəhər, 28 May və Sahil metroları saat 6:00-dan 02:00 kimi işləyəcək.

65 nömrəli avtobus (interval 5 dəq.) Azarkeş zonasına ən yaxın dayanacağ Azərbaycan prospektində yerləşir (MUM-un yanı). Avtobusun marşrutu: Füzuli meydanı – Murtuza Muxtarov küç., – Nizami küç., S.Rüstəmov küç., – Ə. Cavad küç. – Azərbaycan pr. – Füzuli meydanı – Z. Əhmədbəyov küç. – Tbilisi pr. – 20 yanvar küç. – A. Məhərrəmov küç. – Mir Cəlal küç.

5 nömrəli avtobus (interval 3 dəq.) Azarkeş zonasına ən yaxın dayanacaq Rəşid Behbudov və Nizami küçələrinin kəsişməsində yerləşir. Avtobusun marşrutu: N. Nərimanov m/s. – 28 may m/s. – Azadlıq pr. – Nizami küç. – R. Behbudov küç. (R.Behbudov adına Mahnı Teatrının yaxınlığında) – N.Nərimanov m/s.

53 nömrəli avtobus (interval 6 dəq.) Azarkeş zonasına ən yaxın dayanacaq Bakı Əl oyunları sarayının qarşısında yerləşir. Avtobusun marşrutu: Bayıl (20-ci sahə) – Bayraq Meydanı.

Əyləncə Zonası boyu hərəkət

Əyləncə Zonası 4 hissəyə bölünür: F1 Azarkeş Zonası/Bənövşəyi zona, Mavi zona, Qırmızı zona və Yaşıl zona. Yarış sonrası konsertlər üçün nəzərdə tutulmuş “Kristal Zal” (Sarı zona) Bulvarın sonunda yerləşən Bayraq Meydanına birləşərək bir zona təşkil edir. F1 Azarkeş Zonası/Bənövşəyi zona (ən böyük), həmçinin Mavi və Qırmızı zonalar sahil boyu Bulvar ərazisində yerləşir, Yaşıl zona (ən kiçik) isə İçərişəhər tribunasını və kiçik Azarkeş ərazisini əhatə edir. Əyləncə Zonası təxminən 64 futbol sahəsi böyüklüyündədir.

Zonalar arasında fiziki sərhədlər olmadığından bir zonadan digərinə keçməklə müxtəlif əyləncə proqramlarından yararlanmaq olar. Zonalarda daha sürətli hərəkət etmək istəyirsinizsə, ərazi boyu fəaliyyət göstərəcək kiçik qatarlardan istifadə etmək mümkündür.

Tibb və təhlükəsizlik

Fiziki məhdudiyyətli tamaşaçılar onlar üçün nəzərdə tutulmuş oturacaqlardan istifadə edə biləcək. Fiziki məhdudiyyətli tamaşaçları müşayiət edən şəxslər də əlavə bilet almalıdır və zonaya yalnız fiziki məhdudiyyətli şəxslə birgə daxil ola bilər.

F1 Azarkeş Zonası/Bənövşəyi zonadan və Qırmızı zonada əlil arabaları üçün nəzərdə tutulmuş yerlərdən daxil olmaq olar. Fikizi məhdudiyyətli arabalarını hərtərəfli yoxlamaq üçün piyada girişlərində təhlükəsizlik avadanlığı yoxdur. Buna görə də Dəniz Vağzalı (F1 Azarkeş Zonası/Bənövşəyi zona) və ya Yaxt Klub (Qırmızı zona) qarşısında yer əldə etmək üçün şərait yaradılıb.

Qolf maşınları fiziki məhdudiyyətli sərnişinlərin daşınması üçün nəzərdə tutulub. Adi izləyicilər qolf maşınlarından istifadə edə bilməz.

Fiziki məhdudiyyətlilər üçün arabalarda olan tamaşaçılar yarışı Abşeron tribunasının E seksiyasından (F1 Azarkeş Zonası/Bənövşəyi zona) və Azneft tribunasından (Qırmızı zona) rahat və möhtəşəm görüntü ilə izləyə biləcəklər.

Ziyarətçilər üçün qapılar cümə axşamı günü saat 12:00-da, cümə, şənbə və bazar günü isə saat 10:00-da açılacaq. Bağlanış saatları: cümə axşamı saat 21:30-da,cümə, şənbə, bazar günü isə saat 22:00.

Fiziki məhdudiyyətli arabası olmayan, lakin məhdudiyyətli tamazaçılar nəzərə almalıdırlar ki, Əyləncə Zonasında yarışın keçirildiyi yerə qısa olmayan məsafəni qət etməlidirdir.

Tibb məntəqələri bütün Azarkeş Zonası boyu mövcuddur və xəritədə xüsusi olaraq qeyd olunub

Fövqəladə hallaraz zamanı qəza siqnalı və ya elanı səslənərkən sakit qalmağa çalmaq, mövcud vəziyyət və əməliyyat proseduru haqda təlimata qulaq asmaq lazımdır.

İtmiş əşyalar barədə Məlumat nöqtələrinə müraciət edilməsi tövsiyyə edilir.

Qadağan olunmuş əşyalar

Azarkeş Zonasına daxil olacaq hər kəs xüsusi yoxlaşından keçəcək. İmtina edildiyi zaman heç bir kompensasiya ödənmədən zonaya girişə icazə verilməyə bilər.

Mülkiyyətə və şəxsiyyətə zərər vurmaq üçün istifadə oluna biləcək və ya halqaya və ətraf əraziyə zərər vura bilən, eləcə də irqi zəmində təhlükə törədən, ictimai təhlükəsizlik qaydalarına zidd olan əşyalar, habelə kommersiya məqsədi daşıyan biletlər və ya məhsullar və təhlükəli sayılacaq hər hansı əşyalar qanunla qadağandır.

Azarkeş Zonasına daxil olan zaman bəzi əşyaların gətirilməsinə icazə verilmir. Bunlar aiddir: Spirtli içki, içki konteynerləri (bir ədəd plastik qabda olan su istisna olmaqla: 100 ml-dən çox olmamaq şərti ilə), yemək (uşaq yeməyi istisna), heyvanlar (xidməti heyvanlardan başqa), istənilən növ silah, pirotexnika və lazer işıqları, musiqi alətləri və səs cihazları, video cihazlar (peşəkar istifadə üçün), linza ölçüsü 30 sm-dən böyük olan fotoaparatlar, istənilən növ oturacaq (stul, kətil), böyük əşyalar (oturcağın altına yerləşməyəcək ölçülü olanlar), dronlar, velosipedlər, skuterlər (uşaq skuterləri istisna olmaqla), 1 m-dən böyük olan və ya üzərində təhqiredici mətn, simvol və ya şəkillər olan bayraqlar, piknik əşyaları, zəhərli və tezalışan maddələr, resepti olmayan dərmanlar və Azarkeş Zonasına zərər vura biləcək və ya ictimai asayişi pozacaq istənilən əşyalar.

Korporativ bokslar da daxil olmaqla tribunalarda, qapalı məkanlarda və ayaqüstü zonalarda siqaret çəkmək qadağandır.

Yarışa baxmaq

Tribunaya bilet alanlar yarışa həm oturduqları yerdən, həm də bütün tribunaların qarşısında yerləşən böyük monitorlardan izləyə biləcəklər. Digər azarkeşlərin yarışı izləməyinə mane olmamaq üçün tribunalarda tripod və selfi çubuqlarından (monopod) istifadə etməmək xahiş olunur. Həmçinin güclü yağıntı olmadığı müddətdə çətirləri də qapalı saxlamaq lazımdır.

Ayaqüstü zonaya bilet alanlar ən yaxşı yarış anlarını Bənövşəyi, Mavi və Qırmızı Zonalardan izləyə bilərlər.

Azarkeş Zonası boyunca 9 tribunamız yerləşir Əsas tribuna sayılan “Abşeron” tribunası F1 Azarkeş Zonası/Bənövşəyi zonada yerləşir və adrenalin dolu yarışın start/finiş anını izləməyə imkan verir. Möhtəşəm Açılış Mərasimi bu tribunanın önündə keçiriləcək.

Mavi Zonada 3 tribuna yerləşir: “Bakcell” (Bulvar), “Sahil” və “Xəzər”. Qırmızı Zonada 4 tribuna var: “Muğam”, “Qız Qalası”, “Azneft” və “Filarmoniya”. Yaşıl Zonada isə “İçərişəhər” tribunası yerləşir.

Dörd günlük bilet əldə etmiş hər bir kəs aprelin 25-si baş tutacaq Pit Leyn gəzintisinə dəvət olunur. Bu gəzinti əsas tribunanın qarşısındakı Start/Finiş xəttindən Pit Leyn boyunca F1 Azarkeş Zonasına qədər davam edəcək. Bu, F1-in ürəyində olmaq, Qran Pri öncəsi öz bolidləri üzərində işləyən komandaları və onların son hazırlıqlarını izləmək üçün unikal fürsətdir.

Pilotların Paradı – bütün F1 pilotlarının adətən bir nəqliyyat vasitəsində Bakı Şəhər Halqası ətrafında vurduqları və yarış başlamadan öncə onları qarşılamağa gələn azarkeşləri salamlaya bildikləri bir dövrədir. Parad aprelin 28-i, yarışdan təxminən 1 saat öncə baş tutacaq.

Dövlət Himni Mərasimi – Azərbaycana və bu möhtəşəm yarışda iştirak edən bütün digər ölkələrə hörmət əlaməti olaraq keçirilən Dövlət Himni Mərasimi “Formula 1” SOCAR Azərbaycan Qran-pisi ilə əlaqəsi olan hər bir kəs üçün qürurverici andır. Aprelin 28-i, yarışdan öncə baş tutacaq mərasimdə siyasi fiqurlar, F1-in rəsmi nümayəndələri və bütün pilotlar iştirak edəcək.

Bazar günü, yarış bitdikdən sonra baş tutacaq Podium Mərasimində ilk 3 yeri tutmuş pilotlar bu uğurlarını və sevinclərini öz azarkeşləri ilə bölüşəcək. Mərasimdən öncə F1 Azarkeş Zonasındakı trek qapıları açılacaq.

Cümə və şənbə günləri, əsas mərasimlər bitdikdən sonra xüsusi avtobuslar bütün treki dövr etmək arzusunda olan bilet sahibləri üçün xidmət göstərəcək. Avtobusların işləmə vaxtları: Cümə – 19:00 – 01:30 (növbəti gün). Şənbə – 18:30-01:30 (növbəti gün).

Azarkeş Zonası boyu həm milli, həm də beynəlxalq mətbəxdən (kabab, pizza, hotdoq, şaurma, dondurma, sərin içkilər və s.) təklif ediləcək. Bundan başqa, Azarkeş Zonası boyu alkoqollu içkilər təklif edilən barlar olacaq.