2019-cu ilin aprelində keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran Prisinin biletləri bu gün satışa çıxarılıb.

“Report” xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommunikasiya şöbəsinin rəhbəri Bülent Özerdim bildirib. Onun sözlərinə görə, biletləri bakucitycircuit.az və itiket.az saytlarıdan, eləcə də satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, 2019-cu il Azərbaycan Qran Prisi 26 – 28 apreldə təşkil olunacaq.