Fransada hökumətin təqaüd islahatına qarşı keçirilən milli tətillə bağlı bu gün Eyfel qülləsinə giriş bağlanıb.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Eyfel qülləsinin “Twitter” səhifəsində qeyd olunur.

Eyni zamanda qüllə ətrafındakı ərazi pulsuz gəzintilər üçün açıqdır.

Qeyd edək ki, Eyfel qülləsinə giriş əvvəllər də tətillə əlaqədar olaraq birgünlük bağlanılmışdı.