Bakı və Abşeron yarımadasında bu gün səhər saatlarında müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

Bakıxəbər.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə istinadən xəbər verir ki,mütəxəssislərinin apardığı monitorinqlərin nəticələr göstərir ki, ölkə ərazisində sinoptik vəziyyətlə və cənub-qərb küləyinin güclənməsi ilə əlaqədar ətraf ərazilərdə formalaşan toz Bakı şəhərinin bir çox rayonlarında, əsasən Yasamal və Xətai rayonlarında müşahidə edilir. Sözügedən ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən havada tozun miqdarının sanitar normadan 2.5-3 dəfə çox olduğu müəyyən edilib.