Ermənistanın sabiq baş naziri Karen Karapetyan keçmiş hakim Respublikaçılar Partiyasından istefa verib.

Baıxəbər.az-ın xəbərinə görə, bunu “Qraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, eks hökumət başçısı uzun müddətdir siyasi təşkilatın qərargahına ayaq basmır. K.Karapetyan partiya sədrinin birinci müavini vəzifəsini tuturdu. Respublikaçılar Partiyasının sədri isə keçmiş prezident Serj Sarqsyandır.

K.Karapetyanla birlikdə Ermənistanın qaz təchizatı sahəsinin 7 min işçisi də Respublikaçılar Partiyasından çıxmaq barədə ərizə yazıb. Onlar K.Karapetyanı hökumət başçısı etmək üçün 2017-ci ildə keçirilən parlament seçkiləri qabağı hakim partiyaya üzv olubmuşlar.

Qeyd edək ki, K.Karapetyan hazırda Rusiyanın “Zarubejneft” şirkətinin Direktorlar Şurasının üzvüdür. O, 2016-cı ilin sentyabrından 2018-ci ilin aprelindək Ermənistanın baş naziri olub.