Yerevanda atışma olub.

Bakıxəbər.az xəbər verir ki, bu barədə “Shamshyan.com” bildirib.

Məlumata görə, hadisə Başinjaqyan küçəsində qeydə alınıb. Küçədəki yaşayış binasının həyətində atəş səsləri eşidilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və atışmanı törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib.

Atışma zamanı həyətdəki “KIA” markalı avtomobilə zərər dəyib. Hadisə yerinə istintaq qrupu cəlb edilib.

Fakt üzrə materiallar toplanılır.