Ermənistanda daha 2 241 nəfərdə koronavirus aşkarlanıb.

Bakıxəbər.az “Report”a isdinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 82 651-ə yüksəlib. Ölkədə son sutkada pandemiyadan 21 pasiyent ölüb.

Beləliklə, ölənlərin ümumi sayı 1 243-ə çatıb. İndiyədək 52 508 nəfər infeksiyadan sağalıb.

 

Şövkət Hüseyinova