Ermənistanda Sünik vilayətinin Brnakot kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bu ölkəsnin silahlı qüvvələrinin hərbçisi ölüb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Brnakot kəndində baş verən qəza nəticəsində sürücü “VAZ-2109”un sürücüsü Aram Q. və onun həmkəndlisi 45 yaşlı Nver M. ölüb. Nverin həyat yoldaşı Karine K, onların 16 yaşlı qızları Sonya M. 17 yaşlı Nvard M. və 6 yaşlı Vladik M. yaralanıb. Onlar Sisiandakı tibbi mərkəzə yerləşdiriliblər. Məlumata görə, Aram Q. müqavilə əsasında hərbçi olub.