“Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin dekabr ayında keçiriləcək”.

Bakıxəbər.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə ölkənin baş naziri Nikol Paşinyan bildirib.

“Sputnik Armenia”nın yazdığına görə, baş nazir bu barədə parlament sədri Ara Balayan və Respublikaçılar Partiyasının parlament qrupunun rəhbəri Vaqram Baqdasaryanla görüşündən sonra məlumat verib.