Ermənistanda ölkənin keçmiş müdafiə nazirinin müavini Manvel Qriqoryanın azadlığa buraxılmasına qarşı etiraz aksiyaları başlayıb.

Bu barədə “Report” erməni mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, bir qrup vətəndaş Eçmədzinin mərkəzi küçələrini bağlayıb.

Axşam məhkəmə 25 milyon dram (51 min dollar çox) müqabilində Manvel Qriqoryanı azadlığa buraxıb.

Xatırladaq ki, Manvel Qriqoryan bu il iyunun 19-də saxlanılıb. O, qanunsuz silah-sursatın saxlanılması, əmlakın mənimsəməsində ittiham edilir.