Ermənistanda daha bir nəfər pandemiyadan ölüb.

Bakıxəbər.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan öz “Facebook” səhifəsində açıqlayıb.

Onun sözlərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 20-yə çatıb.

N.Paşinyan həmçinin daha 47 nəfərdə koronavirusun aşkarlandığını əlavə edib. Beləliklə, Ermənistanda koronavirusa yoluxma hallarının sayı 1 248-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 251 000-i ötüb. Bunların 574 386 nəfəri sağalıb, 154 311 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.