Ermənistanda yeni növ koronavirusa yoluxma hallarının sayı 265-ə çatıb.

Bakıxəbər.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son gündə ölkədə 16 yoluxma faktı qeydə alınıb. Nazirlikdən həmçinin 16 nəfərin sağaldığı, xəstəlikdən ölənin olmadığı vurğulanıb.