Ermənistanın Vanadzor rayonunda (Qarakilsə) yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbçi xəsarət alıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, qəza dekabrın 25-də olub.

Bildirilib ki, hərəkətdə olan BMW markalı avtomobil küçədə ağaca çarpılıb. Nəticədə sürücü və sərnişin yaralanıb. Məlumata görə, hər iki yaralı Ermənistan ordusunun hərbçisidir.

Hadisənin səbəbi araşdırılır.