“Ermənistan silahlı qüvvələrinin müqavilə əsasında xidmət keçən hərbçisi Geqarkunik vilayətinin Kaxakn kəndi yaxınlığında qar uçqununa düşərək ölüb”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən, “Mənim addımım” seçki blokunun başçısı Nikol Paşinyan noyabrın 29-da Vardenis (Basarkeçər) rayonunda seçkiqabağı təbliğat kampaniyasındakı çıxşında bildirib.

“Müqavilə əsasında hərbi xidmət keçən Ermənistan vətəndaşı, 1994-cü ildə anadan olmuş M.A. üç gün əvvəl qar uçqununa düşüb. Onun meyiti aşkarlanıb”, – o deyib.