Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərinin görüşündə kommunikasiyanın açılması müzakirə olunacaq.

Bakıxəbər.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan yanvarın 28-də “Yerablur” jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqlar yanvarın 30-da Moskvada keçiriləcək. Görüşdə hələlik Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat müzakirə ediləcək.

Baş nazirin müavini deyib ki, kommunikasiya xətlərinin açılması çox mürəkkəb məsələdir və daha dərin təhlilə ehtiyac var.