Sentyabrın 27-dən oktyabrın 6-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.

Bu barədə Bakıxəbər.az-ın cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.

Oktyabrın 6-də düşmən Tərtər şəhərinə 411-ə yaxın top mərmiləri atıb, nəticədə 10 ev tamamilə dağılıb, 36 evə isə ziyan dəyib, 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Ümumilikdə Tərtərdə 17 sosial obyektə və 338 evə ziyan dəyib, 84 ev isə tamamilə dağılıb.

Xatırladaq ki, ümumilikdə Tərtərdə 9 mülki şəxs həlak olub, 37 nəfər isə yaralanıb.

Qeyd edək ki, oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edi

Şövkət Hüseyinova