Keçən günlərdə milli mənafelərimiz və Dövlətimizin imici üçün aktual olan bir xəbər qəribə də olsa, ictimaiyyətin diqqət mərkəzindən kənarda qaldı.

İnterolun ermənipərəst, anti-türk damarı yenə də tutdu…

Virtualaz.org saytının məlumatına görə, İnterpolun Baş Katibliyi Azərbaycanın sorğusu əsasında Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda qazıntı işləri aparan əcnəbi tədqiqatçılar – Yolanda Fernandes Xalvo, Tanya Kinq və Piter Endryusun axtarışlarını həyata keçirməkdən imtina edib.

Bununla bağlı İnterpolun Ermənistandakı mərkəzi bürosu məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslərlə bağlı İnterpola göndərdiyi sorğudan dərhal sonra təşkilatın baş katibliyinə sorğu göndərərək Azərbaycan tərəfinin İnterpolu “təşkilatın nizamnaməsinə zidd olaraq siyasi problemlərə cəlb etdiyini” bildirib. Müraciətdən sonra İnterpol Azıx mağarasında qazıntı işləri aparan şəxslərin axtarışlarını həyata keçirməkdən imtina edib.

Virtualaz.org Azərbaycan tərəfinin hansı növbəti addımların atılacağını öyrənmək üçün Respublika Baş Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələdən xəbərdar olduğunu və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etməyi bildirdi. “Bu məsələ ilə bağlı Daxili işlər Nazirliyi ilə əlaqə saxlayın. Onlar sizə dəqiq məlumat verəcəklər”, – deyə Sultanov bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, bu Baş Prokurorluqla bağlı məsələdir, problemlə bağlı onlardan soruşulmalıdır.

Xatırladaq ki, Azərbaycan Baş prokurorluğu işğal altındakı ərazilərdə yerləşən Azıx mağarasında bu yaxınlarda qanunsuz təhqiqat işləri aparan bir qrup arxeoloq- Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo, Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun barəsində cinayət işi qaldırıb. Onların barəsində beynəlxalq axtarış elan edilməsi üçün İnterpol-a müraciət edib.

XRİSTİANPƏRƏST, ARİ İRQÇİSİ İNTERPOL, YOXSA, “ASALAPOL” ?

İlk dəfə deyil ki, İnterpol anlaşılmayan “siyasi motivləri” əsas gətirərək açıq ermənipərəstlik edir.

İnterpolun Azərbaycan əleyhinə, ermənilərin xeyirinə fəaliyyətinin uzun tarixçəsi var. Məsələn, erməni irqçisi və terrorçusu Zori Balayan 1999-cu ildə Azərbaycan Baş Prokurorluğu tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. O, 1994-cü il iyulun 3-də Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında baş verən partlayışın təşkilatçısı kimi tanınırdı. Həmin terror aktı zamanı 13 nəfər həlak olmuş, 42 nəfər isə xəsarət almışdı.

Fakt üzrə həbs olunan Sadval təşkilatının üzvü Azər Aslanov 1998-ci ildə məhkəmədə bildirmişdir ki, ermənilərə əsir düşdəndə, düşmənlə əməkdaşlığa getmiş, şəxsən Zori Balayandan bu terror aktını gerçəkləşdirmək təlimatını almışdı.
Lakin 2001-ci ildə İnterpol Zori Balayanı axtarış siyahısından çıxarmışdır. O dövrdə İnterpolun Baş katibi Ronald Nobl bildirdi ki, bu iş siyasi xarakterlidir və İnterpolun Nizamnaməsinin 3-cü maddəsinə görə, bu təşkilata siyasi, hərbi, dini və ya irqi xarakter daşıyan işlərə qoşulmaq yasaq edilib.

İnterpol tərəfindən riyakarlıq və təhqirlə üzləşən rəsmi Bakı eyni tələblə MDB ölkələrinə müraciət etdi. Ermənilərin tərəfini saxlayan və Azərbaycana düşmən olan Rusiyanın Baş Prokurorluğu Rusiya Daxili İşlər Nazirliyinə tapşırıq verdi ki, Rusiya ərazisində Z.Balayanın axtarışı dayandırılsın.

2005-ci ildə İnterpolun İtaliya filialı Z. Balayanı və onu dünya səyahətinə çıxarmış “Kilikiya” gəmisinin kapitanı Karen Balayan ölkə ərazisində həbs edir. İtaliyanın cənubundakı Brindizi limanında həbs edilmiş bu Azərbaycan düşmənləri beş saatlıq saxlandıqdan sonra azad edildilər. Belə ki, məsələyə qarışan “ermənistan”ın İtaliyadakı səfiri və “ermənistan” daxili işlər nazirliyinin İnterpola müraciəti canilərin azadlığa buraxılması üçün əsas olmuşdur. Hətta “ermənistan” İtaliyaya etiraz notası yollamışdı.

2016-cı ilin fevrlın 10-da Zori Balayan 81 yaşını qeyd edib və bir neçə gün öncə Moskvada 8 cildlik əsərlər toplusunun təqdimatını keçirib.

Maraqlıdır ki, tədbir şəhərin İncəsənət İşçiləri Sarayında keçirilib. Rusiya Yazıçılar Birliyi, Rusiya Jurnalistlər Birliyi, “Literaturnaya Qazeta” və “Bədii Ədəbiyyat” federal nəşriyyat evinin təşkilatçlığı ilə baş tutan mərasimdə Balayanın karyerası ərzində yazdığı məqalər, reportajlar, o cümlədən “Ocaq” əsərinin daxil olduğu kitablar təqdim edilib.

“Ocaq” əsəri bütövlükdə Azərbaycan əleyhinə yönəlib. 1980-ci illərin əvvəllərində yazılan “Ocaq” əsəri bir il sonra kitab şəklində nəşr olunub. Bu kitabda Zori Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edib. Həmçinin, kitabda Balayan türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də “ermənistanın” düşməni elan edib. Mərasimdə Rusiyanın tanınmış ictimai-siyasi və ədəbiyyat xadimləri iştirak ediblər.

İnterpolun və Rusiyanın Azərbaycana qarşı düşmənçiliyinin ikinci nümunəsi rusiyalı iş adamı German Sterliqovla bağlı idi. 2015-ci ilin iyulunda Dağlıq Qarabağa gedərək o, Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bildirdiyinə görə, rəsmi Bakı onu “İnterpol” xətti üzrə axtarışa vermişdi.

Sterliqov ilk səfərindən sonra Rusiyaya qayıtsa da, sonra dəfələrlə yenidən ailəsi ilə birgə Dağlıq Qarabağda olmuşdur. Rusiyaya qayıtdıqdan sonra belə Rusiyadakı İnterpolun filialı, rus polisi onu Azərbaycana təhvil vermədi.

Qeyd edək ki, Azərbaycan əleyhinə cinayətlər törətmiş bloqger Aleksandr Lapşin də İnterpola axtarışa vermişdi. Lakin onu məhz Belorus hökuməti Azərbaycana təhvil verdi. Çünki Bakının Belorusla ekstradisiya ilə bağlı ikitərəfli razılaşması vardı. Digər ölkələrin İnterpol filialları isə, A.Lapşinin öz ölkələri ərazisində hərəkətinə göz bağlayır və Azərbaycanın tələblərini heçə sayırdılar.

Maraqlı bir məqam da var. Azərbaycan A.Lapşini İnterpol xətti üzrə beynəlxalq axtarışa vermişdi. Hətta Belorus prezidenti Aleksandr Lukaşenko da mətbuat konfransında jurnalistlər qarşısında bunu etiraf edirdi. Amma “ermənistanın” tələbinə cavab verən İnterpolun baş katibi bildirib ki, onlar Azərbaycanın axtarış barədə tələbini qəbul etməyiblər. Yəni, yenə də İnterpol açıq-saçıq ermənipərəstlik edərək Bakının Lapşin barədə axtarışını qulaq ardına vurub.

NİYƏ DAİŞ, TALİBAN TERROÇULARINI QƏRBƏ VERMƏLİYİK?

İnterpolun açıq-aşkar ermənipərəstliyi elə Zori Balayanla bağlı qərəzdən göründü. 2004-cü il aprelin 1-də Azərbaycanın baş prokuroru Zakir Qaralov AZƏRTAC-a demişdir ki, erməni canilərdən olan Zori Balayan 1994-cü ildə Bakıda metropolitendə törədilən terror aktının təşkilatçılarından biridir. Bunu təsdiqləyən faktlar vardır və Zori Balayan beynəlxalq axtarışa verilibdir. Lakin İNTERPOL tərəfindən onun axtarışı lazımi səviyyədə həyata keçirilmir, hər dəfə ikili standartlara əl atılır.

Bu sözlər hələ 2004-cü ildə deyilmişdi. O dövrdən bu günə qədər İnterpol Azərbaycan Xalqına və Dövlətinə qarşı cinayətlər törətmiş onlarla erməni və ermənipərəst caninin həbsindən boyun qaçırmışdır. Hələ mətbuatda ABŞ tərəfindən elə Vaşinqton və Nyu-York aeroportlarında saxlanılan və dərhal azad edilən, Azərbaycan tərəfindən İnterpol xətti ilə axtarışa verilmiş bu canilər barədə məlumatlar az izlənilib. Hətta Vaşinqton aeroportunda həbs edilən bir erməni sosial şəbəkələrdə etiraf edirdi ki, azərbaycanlıların saxlandığı əsir düşərgəsində xidmət edib. Burunları, qulaqları, döşləri, barmaqları kəsilmiş, gözləri çıxarılmış, kütləvi zorlamalar nəticəsində dəli olmuş, zöhrəvi xəstəliklərə aludə, zorla narkoman edilmiş müxtəlif yaşlı kişi və qadın cinsindən olan azərbaycanlı əsirlər üzərində nəzarətçi olub. Amma onu da bir neçə saatdan sonra İnterpol azad etmişdi.

Bu cür ermənipərəstlik İnterpolun iç üzünü ifşa edir. Bu təşkilat xristianpərəst, islamofob, ari irqçisi olan nasist, anti-türk və anti-Azərbaycan təşkilatdır. Göründüyü kimi, bu təşkilatı yalnız xristian dünyasına qarşı mübarizə edən DAİŞ (İŞİD), Taliban kimi terrorçuların, xristian dünyasında qayda-qanunu pozan mafioz və kriminal ünsürlərin təqib edilməsi maraqlandırır. İrqçi, xristiançı mahiyyətinə görə İnterpol ermənilərin tərəfindədir. Beləliklə, bu təşkilat mahiyyətinə görə, Beynəlxalq Polis (İnternational Polic) deyil. Bizim üçün bu təşkilat erməni terrorunun, məsələn ASALA-nın polisidir. Yəni, ASALAPOL-dur!

Yaxşı, bu təşkilatda biz niyə üzv olmlıyıq? Niyə Azərbaycan ASALAPOL-un üzvü olmalıdır? Terrorla mübarizə “sıyığı” altında ABŞ, Avropa, ümumiyyətlə Qərb bizdən tələb edib ki, Azərbaycanda gizlənən DAİŞ və talibançıları İnterpol xətti ilə həbs edək və onlara verək. Biz bunu etmişik! Rusiya bizdən tələb edib ki, Azərbaycan ərazisində gizlənən çeçen mücahidlərini İnterpol xətti ilə həbs edək və onlara verək. Biz bunu da etmişik!

Amma Qərb və Rusiya, həmçinin, İnterpol bizim tələb etdiyimiz caniləri niyə həbs edib bizə vermir? Bu ermənipərəstliklərini belə izah edirlər ki, həmin caniləri biz cinayətə görə deyil, siyasi motivlərə görə təqib edirik.
Beləliklə bizim iki yolumuz qalır:

Ya ASALAPOL-dan çıxmalıyıq, ya da bundan sonra Azərbaycan ərazisində tapdığımız DAİŞ (İŞİD), Taliban və d. Qərbin “terrorçu” elan etdiyi təşkilatın üzvlərini, Koza-Nostra, Ndranagetta və d. kriminal qruplaşma mafiozilərini həbs etməli və “cinayət faktını sübut edən faktların yetərincə olmaması”, “siyasi motivlərə görə təqib edildiyini” bildirib nümayəşkəranə azad etməliyik! Qərb və Rusiya etiraz edəndə bildirmək olar ki, “könülü balıq istəyən, … bizim axtarışa verdiyimiz erməni və ermənipərəst cinayətkarları həbs edib bizə verməli” idi! Amma vermədi.

Sevda Elay Əsgərova