Erməni silahlılarının hücumlarının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri düşmənə sarsıdıcı artilleriya zərbələri endirib.

“Report”un Qarabağ Mərkəzinin cəbhə xəttinə ezam olunan əməkdaşının verdiyi məlumata görə, cavab zərbələrinə tab gətirə bilməyən düşmən hərbi təyinatlı avtomobilini atıb və mövqelərini tərk edərək qaçıblar.

Düşmənin döyüş meydanında qoyaraq qaçdığı “Ural” markalı hərbi təyinatlı avtomobil Azərbaycan əsgərləri tərəfindən ələ keçirilib.

Qeyd edək ki, hərbi avtomobil işlək vəziyyətdədir.