9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi qalib gələn rəqibi Ceyhun Məmmədovu təbrik edib.

Siyasi.az təbrik mətnini təqdim edir:

Hörmətli Ceyhun Məmmədov!

Sizi, 9 fevral 2020-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdəki qələbəniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Sizə bu məsuliyyətli və parlaq fəaliyyətdə uğurlar arzulayıram.

Dəyərli ziyalımız və Millət vəkilimiz!

Məcburi köçkün olan həmvətənlərimiz, işğal altında olan torpaqlarımızdan olan seçicilərimizin ölkəmizin müxtəlif regionlarında məskunlaşması işinizin mürəkkəbliyini artırır.

Amalımız və məqsədimiz 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin sakinlərinin rifahıdırsa, bu şərəfli və çətin işdə hər zaman dəstəyimizə, qüvvəmizə arxalana bilərsiniz.

Bir daha Sizi qələbə münasibəti ilə təbrik edirəm!

#SƏSİMİZTARİXDİR

Səmimiyyətlə,

Elşən Gəncəvi

(Nəcəfov Elşən Hökumət oğlu)

9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd

Siyasi.az