Elmi-Tədqiqat Kardiologiya İnstitutuna köçürmək istəyərkən problemlə üzləşən X.Əliyev saytlardan birinə şikayətində bildirib.

Şikayətçinin bildirdiyinə görə, X.Xəlilovanı dünən ağır vəziyyətdə “Ege Hospital”a çatdırıblar, burda xəstənin ürəyi anju olunub. Lakin maddi imkanları aşağı olduğundan onu bu gün Elmi-Tədqiqat Kardioloğiya İnstitutuna köçürmək istəyiblər. Lakin orda xəstəni qəbul etməkdən imtina ediblər.
“Təcili yardım xidmətində Lətafət xanım öyrənəndə ki, xəstəmiz “Ege Hospital”da anju olunub, qəbul etməkdən imtina etdi. “Aparıb xeyrinizi özəl klinikaya vermisiniz, indi bizim üstümüzə gəlirsiniz, yer yoxdur, götürə bilmərik”, deyə acıqla bildirdi. Mən dedim ki, buna ixtiyarınız yoxdur, şikayət edəcəyik. Cavabında məni hədələdi ki, “elə et özünün başı ağrımasın”.
X.Əliyev deyir ki, indi çarəsiz vəziyyətdə nə edəcəklərini bilmirlər. O, saytımız vasitəsilə Səhiyyə Nazirliyinin rəhbərliyinə müraciət etdi ki, Elmi-Tədqiqat Kardioloğiya İnstitutunun vəzifəli şəxslərinin özbaşınalığına son qoyulsun.
Ria24.az bildirir ki, sözügedən Kardiologiya İnstitutunun rəbərliyi deyilən əsassız fikirlərlə qətiyyən razılaşmır, fəaliyyəti dövründən daim xəstələrin səhhəti ilə yaxından maraqlanıldığını, heç bir qanun pozuntusuna yer verilmədiyini bildirir. Vətəndaşın gözüyumulu şəkildə, sadəcə tibbi yardımın əməkdaşının hər hansı fikri ilə bütöv bir müəssisəinin adına qara yaxması absurddur!