“Gəncənin icra başçısı Elmar Vəliyev məruz qaldığı silahlı hücum zamanı yaralanıb, amma onun vəziyyəti ağır deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, hazırda Elmar Vəliyevə lazımi yardım göstərilir, həyatı üçün ciddi təhlükə yoxdur.

***

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti normaldır”.

Bu barədə AzərTac-a Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Elmar Vəliyevin ölümü və ya ağır xəsarət alması ilə bağlı bəzi KİV-lərdə yayılmış məlumatların heç bir əsası yoxdur. Bunlar əsassız, heç bir fakta söykənməyən şayiələrdir.