“Münhendə təhlükəsizlik məsələləri üzrə konfransa çərçivəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyanla görüşüb, iki ölkə liderlərinin sammitini müzakirə edə bilərik”.

Bakıxəbər.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində bildirib.

“Fikirimcə, bu məsələ Ermənistandan olan həmkarımla görüşdə müzakirə olunacaq. Eyni zamanda, əlbəttə Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri zamanı müzakirə ediləcək”, – deyə E.Məmmədyarov ölkə liderlərinin sammiti ilə bağlı suala cavabında qeyd edib.

O, ermənistanlı həmkarı ilə Münhendə ayaqüstü olsa da mütləq görüşəcəklərini bildirib: “Münhendə yəqin ki, ayaqüstü mütləq görüşəcəyik. Biz görüşmək üçün istənilən imkandan istifadə edirik”.