“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Bakıxəbər.az-a verilən məlumata görə,Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-dək şənbə və bazar günləri
Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarların hərəkəti dayandırılacaq.
O cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu
üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.
Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik üzrə həyata keçiriləcək.

Əlavə məlumat üçün:
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi
Natəvan Bayramovaya müraciət edə bilərsiniz:
055 698 18 36
012 499 42 56
n.bayramova@ady.az