Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Duyğu Sosial Reabilitasiya İctimai Birliyinin “Məişət zorakılığı və erkən nigah qurbanlarının sosial-psixoloji dəstək yolu ilə cəmiyyətə inteqrasiyası” adlı layihəsi 01 avqust 2019-cu il tarixdən fəaliyyətə başlamışdır. Layihə 01 avqust – 01 noyabr 2019-cu il (3 ay) müddətində həyata keçiriləcəkdir. 
Layihənin məqsədi sosial sahədə çalışan mütəxəssislərin bilik və bacarığını artıraraq, məişət zorakılığına və erkən nikaha məruz qalmış qadın və uşaqlara davamlı xidmətlər göstərərək cəmiyyətə inteqrasiya etməkdir. Belə ki, layihə çərçivəsində məişət zorakılığı və erkən nikaha məruz qalan ailələrə xidmət göstərən mütəxəsislərin bacarıqlarının artırılması yolu iləvə məişət zorakılığı qurbanı olan ailə və uşaqları reabilitasiya vasitəsilə cəmiyyətə inteqrasiya ediləcəkdir. Layihədən faydalananlar əsasən sosial cəhətdən zəif olan ailələr, belə ailələrdə məişət zorakılığına və erkən nikaha məruz qalmış qadın və uşaqlar, eləcə də müxtəlif səbəblərdən erkən nikaha daxil edilən şəxslər olacaqdır. Layihə iştirakçılarına müxtəlif səpkili məsləhətlər və təlimlər keçiriləcəkdir. Layihədən təqribən 300 nəfərin faydalananması nəzərdə tutulur. Bundan əlavə, layihənin icrası zamanı məişət zorakılığına və erkən nikaha qalmış 40-50 nəfərlə reabilitasiya aparılacaq, psixo-sosial dəstək, hüquqi yardım fəaliyyətləri həyata keçiriləcək, ailənin sosial problemlərinin həlli üçün zəruri xidmətlər göstəriləcəkdir. Layihə Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarını əhatə edəcəkdir.