Bu günlərdə bizim KİV Rusiya Zabitləri Ekspertlər Şurasının üzvü, hərbi ekspert Aleksandr Perenciyevin bir fikirini yayımladı.

PERENCİYEV NƏ DEYİB?

“Dağlıq Qarabağ konfliktinin həlli təkcə siyasi-diplomatik yox, həm də intellektual prosesdir. Prosesin bütün iştirakçıları çox güclü şəkildə beyinlərini işlətməli olacaqlar.” – Eurasia Diary xəbər verir ki, A.Perenciyev bu sözləri axar.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ ətrafındakı konfliktin həlli iki hissədən ibarət olmalıdır:

“Birinci hissə Dağlıq Qarabağ Muxtar Vilayətinə heç vaxt daxil olmayan 7 rayonunun azad edilməsi məsələsinə həsr edilməlidir. Güman edirəm ki, bu rayonlar beynəlxalq və ya regional oyunçuların nizamı təmin etdiyi demilitarizasiya zonası elan edilməlidir. Bu qüvvələrin nə olacağı ayrı məsələdir. Yəqin ki, onlar MDB, ATƏT və BMT himayəsi altında ola bilər. Diskussiya çərçivəsindən kənarda qalmalı olan məsələ isə bu rayonların Azərbaycanın tərkibinə verilməsidir. Başqa bir variant kimi bu 7 rayona Azərbaycan parlamentinin qərarıyla xüsusi status da verilə bilər. Donbas konfliktinin həlli istiqamətində Ukraynanın neqativ təcrübəsinə diqqət yetirmək olmaz. Problem ideyanın pis olması yox, onu kimin reallaşdırılmasıyla bağlıdır. Sözsüz ki, 7 rayonun rəsmi Bakının idarəçiliyinə verilməsi beynəlxalq müşahidəçilərin iştirakı və beynəlxalq hüquq çərçivəsində baş tutmalıdır”.

Ekspertin fikrincə, konfliktin həllinin ikinci hissəsi birbaşa keçmiş “DQMV” ətrafında konfliktin həllinə həsr edilməlidir:

“Burada ATƏT-in Minsk Qrupunun tərkibində Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı birgə komissiya yaradılmasına baxılmalıdır. Bu komissiya problemin həlli üçün diplomatik və siyasi layihələrlə bərabər, iqtisadi layihələr də təklif etməlidir. Bu iqtisadi layihələr siyasi-diplomatik layihələrin əhəmiyyətini və gücünü möhkəmləndirməlidir”.

O, rəsmi İrəvanın kompromisə getməyə hazır olmadan belə bir yol xəritəsinin reallaşdırılmasının mümkün olmadığını deyib:

“Buna görə də güman edirəm ki, bu, yol xəritəsində siyasi yox, məhz iqtisadi komponent üstünlük təşkil etməlidir. Hər şeydən öncə erməni tərəfinin işğal etdiyi Dağlıq Qarabağ və yeddi rayon problemi iqtisadi əsaslarla (yəni siyasi yox, maliyyə-iqtisadi vasitələr burada əsas amil rolunu oynayır – A.P.) həll edilməlidir”.

Ekspert əmindir ki, istənilən formatda – Cenevrə, Minsk, Soçi formatında – bu məsələ ilə bağlı sadəcə danışıqların aparılması və Ermənistan-Azərbaycan münasibətləri sistemində konkret layihələr yaratmadan hansısa nəticə əldə etmək mümkün olmayacaq.

“DEMİLİTARİZƏ ƏRAZİLƏRİ” ƏSLİNDƏ NƏ DEMƏKDİR?

A.Perenciyevin şəxsiyyəti və ya torpaqlarımızın işğalına münasibəti şəxsən bizi maraqlandırmır. A.Perenciyev ilk növbədə rusiyalı politoloqdur və bu ölkənin mənafeləri baxımından öz təhlillərini edir. Hətta onun təhlilində Ukraynanın mövqeyindən nümunə götürməmək bizə tövsiyyə olunur.

Belə ki, Ukraynaya Rusiya tövsiyyə etmişdi ki, Kremlin dəstəklədiyi “DNR” və d. separatçı qurumlara qarşı hərbi əməliyyatı dayandırsın və Kiyevin nəzarəti altında olan Ukrayna torpaqları ilə “DNR” separatçılarının nəzarət etdiyi torpaqlar arasında “demilitarizə” olunmuş zolaq yaradılsın. Yəni, Kiyevə tabe Ukrayna ordusu ilə Kremlin idarə etdiyi separatçı hərbi birləşmələri birbaşa təmasda olmasınlar, onları hərbisizləşdirilmiş zona ayırsın. Amma Kiyev bu təklifi rədd etdi. Çünki Kiyev çox gözəl anlayırdı ki, bu, əslində Kremlə və separatçılara əlverişli olan bir plandır. Belə ki, Ukrayna dövlətçiliyinə qarşı hərbi separatçı hücum başlayandan bu günədək separatçı əraziləri rusdilli əhali müxtəlif dinamika göstəricisi ilə tərk etməkdədir. Kimin xoşuna gələr ki, yeni silahlarla silahlanmış Ukrayna ordusunun hücumları və atəşləri təhlükəsi altında hər gününü, hər gecəsini və ümumən həyatını keçirsin? Məhz, Moskvanın təklif etdiyi “demilitarizə zolağı” “DNR”də və d. separatçı ərazilərdə separatçılar üçün sakitliyi bərpa edəcəkdi. Amma Kiyev Moskvanın qarmağa keçirilmiş “tələ yeminə” aldanmadı…

İndi də A.Perenciyevin irəli sürdüyü təklif bütünlüklə ermənilərin xeyirinə cavab verir. Nə üçün? Ermənilər Azərbaycan ərazisindən işğalçı qoşunları çıxarmaq əvəzində Dağlıq Qarabağ ətrafındakı beş rayona Azərbaycan ordu hissələrinin daxil olmayacağını arzulayırlar. Belə ki, “ermənistan” ordusunun çıxarılması hələ Azərbaycan torpaqlarının azad edilməsi demək deyil!  Azərbaycan torpaqlarının azad edilməsi — azad edilmiş ərazilərdə Azərbaycan ordusunun hərbi hissələrinin yerləşdirilməsi, Azərbaycan hüquq-mühafizə orqanlarının və məhkəmələrinin tam səlahiyyətlərə malik olması deməkdir. Yoxsa, “ermənistan” qoşunlarını çıxarsın, biz də qoşunlarımızı geri çəkək və Dağlıq Qarabağda “arsax ordusu”, “arsax polisi” qalsın — daha bunun nəyi “torpaqlarımızın azad edilməsi” oldu? Buna “satdım qoz, aldım qoz” deyərlər!  Hələ söhbət, yalnız 5 işğal altında olan rayondan gedir, Laçın və Kəlbəcər rayonlarının taleyi masa üzərində ümumiyyətlə yoxdur…

Digər tərəfdən, “ermənistan” ordusunun tərk etdiyi və “demilitarizə” edilmiş 5 rayonumuza kim qayıdacaq? Azərbaycan ordusunun olmadığı, “arsax ordusunun” daim hədəfi olacaq torpaqlarımızda iqtisadiyyatı qaldırmağa hansı “ağıllı” sərmayə qoyacaq? Bəlkə A.Perenciyev?

Bu hələ “demilitarizə” edilmiş rayonlar barədə… Bəs, Dağlıq Qarabağa kim qayıdacaq? Dağlıq Qarabağa qayıtmış azərbaycanlılar bir tərəfdən erməni “arsax ordusu”, “erməni arsax polisi”, o biri tərəfdən isə, Azərbaycan ordusunun ayaq qoyması yasaq edilmiş “demilitarizə” rayonlarla əhatələnəcək?! Yəni, Dağlıq Qarabağa, elə Şuşanın özünə qayıtmış azərbaycanlı ailələri Azərbaycan ordusundan böyük bir ərazi zolağı ayıracaq. Onları ermənilərdən kim qoruyacaq? “Demilitarizə edilmiş rayonlar” ideyasını bizə sırıyan A.Perenciyev? Ermənilər üçün kef olacaq; hər gün “beynəlxalq sülhməramlı qüvvələrin” himayəsi altında bu cəhənnəmə qayıtmış azərbaycanlı ailələrin namusuna təcavüz etməyi öz adi əyləncələrinə çevirəcəklər ki?..

A.Perenciyevin təklifində bizə ən pis təsir edən bir məqam var;  A.Perenciyev ermənilərə və Kremlə sərf edən “demilitarizə ediləcək 5 rayon” ideyasını bizə elə təqdim edir ki, guya ermənilər bu fikirin əleyhinədirlər və erməniləri bu təklifə razı salmaq — Azərbaycanın böyük siyasi qələbəsi olacaq?! Əslində ermənilər fənn işlədib, özlərini naza qoyurlar ki, guya bu təklifə razılaşmırlar. Əslində onlar buna iki əlləri ilə razıdırlar! Sadəcə bizi aldatmaq istəyirlər ki, guya bu təklifin onlar tərəfindən qəbulu “Azərbaycanın siyasi-diplomatik qələbəsi olacaq”! A.Perenciyev bizi bu qədərmi sadəlöhv və avam sayır ki, biz ermənilərin bu oyununu anlamaq ağılında deyilik?

Əgər A.Perenciyev hər təhlilini Rusiyanın mənafeyi baxımından ölçürsə, bu o demək deyil ki, Azərbaycanda bütün siyasi şərhçilər savadsız və ya ağılsızdır. A.Perenciyev belə ağıllıdırsa, onda Kremlə təklif versin ki, 1945-ci ildə heç bir səbəb olmadan işğal olunmuş Yaponiyanın Kuril adalarını “demilitarizə” şərti ilə Tokioya qaytarsın! Kreml A.Perenciyevin bu təklifini qəbul edərmi?

İŞĞALÇININ “ATƏŞKƏS” ARZUSU

Ermənilərə cəbhə bölgəsində sakitlik lazımdır. Çünki 2016-cı ilin aprelindən sonra “erməni-hay” adlı siçovul cinsinin törəmələri civildəşərək işğal etdikləri Azərbaycan torpaqlarından qaçmağa başladılar. Elə təkcə oradan deyil… Bizim İrəvan torpağımızdan da erməni siçovullarının qaçması sürətləndi. Təmas xəttində sakitlik, daha sonra erməni işğalçılarının guya bizə “qaytaracağı” 5 rayonun  “demilitarizə edilməsi” ­— ermənilərə sərf edən plandır!

Bizim bir diplomat da durub deyir ki, cəbhə bölgəsində sakitlik guya bizə sərf edir?! Guya cəbhədə sakitlik “ermənistanda” erməni siçovullarının bir-birilə boğuşması üçün şərait yaradır? Cılız məntiqinə quzu kəsək, ay diplomat! Birincisi, ermənilərin içində boğuşma — cəbhədəki sakitlikdən doğmadı, əksinə, onlar içində boğuşmanın səbəbi Aprel döyüşlərinin nəticəsi idi! Hətta Naxçıvanda işğal edilmiş strateji yüksəkliklərin geri qaytarılması Aprel döyüşlərinin nəticəsinin davamı idi! Ermənilər Apreldən sonra Naxçıvanda torpaqlarımız üzərində nəzarəti bərpa etmək istiqamətində Azərbaycan ordusunun irəliləyişinə cavab verməkdən çəkindilər! Məqam da əlverişli idi; Apreldən sonra ermənilərin iç boğazlaşması xaosu fonunda başları özlərinə qarışmışdı.

İkincisi, ermənilər içində boğuşmanın “erməni dövlətciyinin” süqutuna aparmasına dünya nəhəngləri olan xristian Rusiyası, xristian Avropası və xristian ABŞ-ı yol verməyəcək. Amma xüsusi məqamda Azərbaycan ordusunun addımba-addım torpaqlarını azad etməsinə necə reaksiya vermələri məsələsində onlar da tərəddüd edəcəklər. Apreldə cəmi iki gün də olsa bizim əl-qolumuzun açılması bunu göstərdi.

Aprel döyüşlərində istər Rusiya, istər Qərb başbilənləri özlərini itirmişdilər. Hər kəs bundan öz mənafeyi üçün istifadə etməyə çalışdı; ruslar ermənilərə mesaj verdi ki, “məndən bərk yapışın, sizdən əlimi üzsəm, növbəti “Lələtəpə” Xankəndi olacaq!”, anqlo-saksonlar ermənilərə mesaj verdilər ki, “ruslar sizin işğallarınızın nəticələrini qoruya bilmirlər, keçin bizim bayraq altına!”. Bu mesajlar üzrə də ermənilər bir-birilə boğuşmağa başladılar…

Beləliklə, bizə indi işğalçıların bizim torpaqlarımızda hər gününü göy əskiyə bükməyimiz lazımdır! Hər bir gün Azərbaycan snayperinin sərrast atəşi, kamikadze dronlarımızın, uzaqvuran top və raketlərimizin ölümcül zərbələri düşməni daim tikan üstə oturmuş kimi özünü hiss etmək zorunda qoymalıdır. Şərt o deyil ki, ordumuz frontal hücuma keçib torpaqlarımızı azad etsin. İndiki geopolitik durumu nəzərə alaraq əsas şərt odur ki, hər gün cavan erməni siçovullarının gəbərmiş cəmdəkləri ilə dolu tabutlar İrəvana yola düşsün. Qoy, erməniləri qorxu götürsün (hərçənd ki, A.Perenciyev ermənilərin yeni döyüşlərdən qorxduğunu etiraf edir), qoy, bir-birilə boğuşsunlar — populist söz və yığıncaq azadlığının tüğyan etdiyi “dövlətciyin”müharibə şəraitində xaosa yuvarlanması daha asandır. Aprelin nəticələri bunu göstərdi! Yalnız bu yolla biz erməniləri istədiyimiz sülhə məcbur edə bilərik!

Amma indi isə, düşmən hələ mənən sınmayıb; hələ bizə uşaq aldanışı gəlir, “demilitarizə ərazilər” oyununa başlayıb. Düşməni hər tərəfli sındırmaq üçün Lələtəpə və Naxçıvan uğurları davam etməlidir!

Qarxunlu

 “Millətçilik” qəzeti