Bir həftə öncə Prezident İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub. Ölkə başçısı Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına cavab verib.

PREZİDENTİMİZİN NİDASI

Ölkə başçısı İlham Əliyev çıxışında bildirdi:

— Daimi diskussiyaların mövzularından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Onun vasitəçilik üçün mandatı var. Qeyd etməliyəm ki, Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb.

Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə – qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. İndi deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.

Deməliyəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən dinc sakin, münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun sakini qətlə yetirilib. Həmçinin deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakin, o cümlədən balaca qız qətlə yetirilib.

Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.

ERMƏNİ DIĞASINA SƏRT ŞAPALAĞIN ƏKS-SƏDASI

Minval.az saytının şərhçisi Nurani Ölkə Başçısının bu çıxışını düşmənə qarşı “hücum diplomatiyası” kimi dəyərləndirib.

 “Hələki bu, Azərbaycan prezidenti İlham Əliyevin “Valday” forumundakı proqram xarakterli çıxışına ilk reaksiyadır. Artıq aydındır ki, “Qarabağ Azərbaycanındır və nida işarəsi” hələ çox təkrarlanacaq. Və İlham Əliyevin bu bəyanatının Ermənistanda çox sərt reaksiya doğuracağını gözləmək olardı və oldu da. Belə ki, Ermənistan XİN-də mətbuat katibi Anna Naqdalyanın ifasında uzunçu, emosional və pardon, tamamən dəxlisiz bir isterikanın şahidi olduq. İrəvanda Azərbaycanı “maksimalist mövqe”dı ittiham edir, inadlı şəkildə hamını və hər kəsi (ilk növbədə də özlərini) inandırmağa çalışırlar ki, guya “xalqları sülhə hazırlamaqla bağlı tərəflərin hansısa anlaşması” varmış və Azərbaycan da indi ona əməl eləmir…

Hər şeydən göründüyü kimi, təkcə XİN-də deyil, bütövlükdə Ermənistanda prezident İlham Əliyevin “hücum diplomatiyası”na sadəcə, hazır olmayıblar. Özü də söhbət yalnızca “Valday” forumundan getmir. Əslində Qarabağın Azərbaycana məxsusluğu, Azərbaycan torpaqlarının erməni işğalına məruz qalması, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrini tezliklə həyata keçməsi zərurəti və Ermənistana qarşı təsirli tədbirlərin görülməsi haqda Azərbaycan prezidenti həmişə və praktik olaraq, bütün beynəlxalq meydançalarda danışır – istər BMT və “Şərq tərəfdaşlığı” olsun, istərsə də NATO sammitləri və ya MDB dövlət başçılarının görüşləri. Üstəlik, belə meydançalar planlı şəkildə genişlənir. Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmaqla nümayiş etdirdiyi və çoxları üçün gözlənilməz olan siyasi manevrini də yada salmaq olar.

İlham Əliyev bu mövzunu Avropa Birliyi nümayəndələri ilə, Azərbaycana səfər edən digər dövlətlərin başçıları ilə qaldırıb və qaldırır. Və belə “hücum diplomatiyası” taktikasını Azərbaycan prezidenti 2003-cü ildən – dövlətin ən ali postunu tutandan bəri ardıcıl şəkildə həyata keçirir. Deyəsən, Azərbaycanın bunca sərt və prinsipial mövqeyi artıq bir çoxları üçün gözlənilməz olub. Torpaqlarının 20%-nin işğalı və 1 milyon qaçqın-köçkünün mövcudluğu fonunda rəsmi Bakıdan “siyasət – mümkün olanın incəsənətidir”, “təəssüf ki, biz mövcud reallıqları nəzərə almalıyıq” və s. stilində davranışlar gözləyirmişlər. Amma bunun əvəzinə Azərbaycan öz mövqeyini və tələblərini dəqiq və birmənalı, həm də bütünlüklə beynəlxalq hüquqla əlaqəli şəkildə səsləndirməyə davam edir.

Bu, yalnızca vətənpərvərlik deyil. Bu, siyasi iradə və professionalizm, o cümlədən diplomatiya və xarici siyasət məsələlərində professionalizm vurulsun (x) vətənpərvərlikdir. Ən başlıcası, Azərbaycan prezidenti özünün “hücum diplomatiyası”nı Azərbaycanın aşkar şəkildə artan siyasi çəkisi və nüfuzu fonunda həyata keçirir – o Azərbaycan ki, orada həm enerji resurslarının ixracı, həm sərmayələr və heç şübhəsiz, hərbi quruculuq sahəsindəki uğurlar, həm də beynəlxalq arenada prinsipial mövqe və riskləri hesablamaq bacarığı vahid strategiyada birləşib”.

RUSİYA-“ermənistan” QARŞIDURMASINDA KATALİZATOR ROLU

2016-cı ildə erməni çaqqallarına vurulmuş şapalaq ona gətirib çıxardı ki, rusiyayönlü erməni mafiyası qərbyönlü saqqallı meymunların iqtidarı ilə əvəzləndi. Rusiyanın “ermənistan” adlı həşərat yetişdirilmə ferması Mosvadan çox güclü surətdə narazı qaldı. Paşinyan kimi Moskvanı Qərblə şantaj edən meymun sirkinin bəyanat və hərəkətləri Kremli də qıcıqlandırır. Amma hələki ermənilər Moskvanını erməni həşəratları üçün cızdığı “qırmızı cizgini” sərt şəkildə keçməyiblər. Sadəcə Moskvanı, özləri kimi ucuz çığır-bağırla şantaj edirlər.

Biz görürük ki, ABŞ tərəfi də ermənilərə münasibətdə narazılığını bildirir, yəni, ermənilər Rusiyaya qarşı əməli mövqe nümayiş etdirmirlər. Beləliklə, ermənilər ABŞ-la Rusiya arasında “nifaq obyektinə” çevrilirlər. Azərbaycan tərəfi hal-hazırda bu nifaqın kəskinləşməsinə nail olmalıdır.

Bunun üçün yeni “Aprel-2016”-ya böyük ehtiyac var. ABŞ çətin ki, Azərbaycan əleyhinə addım atsın. Rusiya da Azərbaycanı itirmək fikirində deyil. Xüsusilə, ortada İran, Suriya və Türkiyə problemi durursa.

Qarxunlu

“Millətçilik” qəzeti