Sentyabrın 16-da ABŞ Dövlət Departamentində Qarabağ müzakirələri olub. Bu müzakirələrin mahiyyətinə və nəyə görə indi bu cür müzakirələrin aparılması məsələsinə bir qədər sonra toxunacağıq. Çünki bu hadisələr regionda ciddi proseslərin alovlanması fonunda baş verir və bir-birilə əlaqəlidir.

SƏUDİYYƏ ƏRƏBİSTANI VƏ İRAN QARŞIDURMASI

BBC-nin şərhçisi Conatan Markusa görə, iki güclü qonşu – Səudiyyə Ərəbistanı və İran regionda hegemonluq uğrunda mübarizə aparırlar.

Onilliklərdir davam edən bu qarşıdurmanı dini fikir ayrılıqları daha da sərtləşdirir. Bu iki ölkə islamdakı iki fərqli cərəyanı təmsil edir – İran əsasən şiələrdən ibarətdir, Səudiyyə Ərəbistanı isə sünnilərin lider ölkələrindən biri hesab olunur.

Dini fikir ayrılıqlarının mahiyyəti əhalinin böyük əksəriyyəti sünnilər və şiələr olan Yaxın Şərqin xəritəsində daha aydın görünür. Onlardan çoxu ya Səudiyyə Ərəbistanını, ya da İranı özlərinin mənəvi lideri sayır.

İki ölkə arasındakı münasibətlər son 15 ildə xüsusilə gərginləşib. 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İranın əsas düşmənini – İraq lideri, sünni-ərəb Səddam Hüseyni hakimiyyətdən uzaqlaşdırması bu ölkənin regiondakı nüfuzunun artması və onun təsirini balanslaşdıracaq əks qüvvənin qalmamasıyla nəticələnib.

2011-ci ildə regionda etirazlar dalğası baş verdi, “Ərəb baharı” adı verilmiş proses regionda siyasi sabitliyin pozulmasına səbəb oldu. İran və Səudiyyə Ərəbistanı həmin etirazlardan yararlanaraq Suriya, Bəhreyn və Yəmən kimi ölkələrə təsir imkanlarını artırmağa çalışdılar. Bu, ölkələr arasındakı qarşılıqlı etimadsızlığı daha da gücləndirdi.

İran bir çox parametrlərə görə regional mübarizədə önə çıxdığı üçün starteji qarşıdurma sərtləşir. Suriyada İranın (və Rusiyanın) dəstəyilə prezident Bəşər Əsəd Səudiyyə Ərəbistanının yardım etdiyi müxalif qüvvələrin böyük qismini məğlub edə bilib.

Səudiyyəlilər ciddi-cəhdlə İranın artan təsirini məhdudlaşdırmağa çalışırlar. Gənc və impulsiv vəliəhd şahzadə Məhəmməd ibn Salamın – ölkənin faktiki liderinin militarist avantürizmi regional gərginliyi daha da artırır.

Hazırda o, Yəməndəki üsyançılarla vuruşur və bunu həm də İranın o ölkəyə ehtimal olunan təsirini yox etmək üçün edir. Artıq üç ildir ki, davam edən bu avantüra çox böyük maliyyə tələb edir.

Bundan başqa, ekspertlərin çoxunun qənaətinə görə, səudiyyəlilər İran tərəfindən dəstəklənən şiə qruplaşması “Hizbullah”ın əsas siyasi fiqur olduğu və silahlı qüvvələrə nəzarət etdiyi Livanda sabitliyi pozmaq üçün bu ölkənin baş nazirini istefaya məcbur edirlər.

XARİCİ OYUNÇULAR

Prosesdə xarici oyunçular da var. Donald Trump administrasiyasının dəstəyi Səudiyyə Ərəbistanını ürəkləndirib, İranı ölümcül təhlükə hesab edən İsrail isə hansısa mənada səudiyyəlilərin İran təsirinə qarşı mübarizəsini dəstəkləyir.

2015-ci ildə İranın nüvə proqramının məhdudlaşdırılmasıyla bağlı beynəlxalq razılaşmaya ən aktiv etiraz edən ölkələr İsrail və Səudiyyə Ərəbistanıydı. Onlar iddia edirdilər ki, tələb olunan tədbirlər kifayət deyil və özünə lazım olan anda İran nüvə silahı istehsal edə biləcək.

Şərhçi Markusa görə, Səudiyyə Ərəbistanının müttəfiqləri arasında 5 sünni ölkələr var – BƏƏ, Küveyt, Bəhreyn, Misir və İordaniya.

İranın müttəfiqi isə İraq və Suriya hökumətidir. İran tərəfindən dəstəklənən şiə qrupları, o cümlədən, “Hizbullah” təşkilatı əsasən sünni müxalif qüvvələrlə silahlı qarşıdurmada əhəmiyyətli rol oynayıblar.

Baş verənlər SSRİ və ABŞ arasında uzun illər davam etmiş soyuq müharibənin ekvivalentinə bənzəyir. İran və Səudiyyə Ərəbistanı bir-biriylə müharibə etmir, amma onlar tərəfindən dəstəklənən qüvvələr regiondakı silahlı konfliktlərdə iştirak edirlər.

Növbəti nümunə Suriyadır. Səudiyyə Ərəbistanı İranı Yəməndə Husi qruplaşmasına ballistik raketlər verməkdə ittiham edir. Raketlər Səudiyyə Ərəbistanın ərazisi üzərindən atılmışdı, bu hadisə iki ölkə arasındakı söz müharibəsini daha da alovlandırmışdı.

GƏRGİNLƏŞƏN QARŞIDURMA

İndiyə qədər Ər-Riyad və Tehran ancaq vasitəçilərin əliylə bir-birinə qarşı vuruşublar. Bu ölkələrdən heç biri digəriylə açıq konfliktə hazır deyil. Ancaq Husilərin paytaxta və ya Səudiyyə Ərəbistanındakı böyük sənaye müəssisəsinə istiqamətlənmiş hücumu bu balansı poza bilər.

Bu hücumlardan sonra Tehran və Ər-Riyad arasındakı qarşıdurmada yeni situasiya yaranıb. ABŞ və Qərb ölkələri üçün bu körfəzdə naviqasiya imkanı olduqca vacibdir, ona görə də beynəlxalq ticarət üçün böyük əhəmiyyət daşıyan körfəzin bloklanması təhlükəsini yaradacaq istənilən konflikt amerikalı hərbçiləri də cəlb edəcək.

ABŞ və müttəfiqləri İranı çoxdan Yaxın Şərqdə destabilizasiya yaradan ölkə hesab edirlər. Səudiyyə Ərəbistanı isə bu ölkəni getdikcə daha tez-tez ekzistensial təhlükə olaraq görməyə başlayıb və belə görünür ki, vəliəhd şahzadə İranın təsirinin artmasına mane olmaq üçün lazım gələn hər şeyi etməyə hazırdır.

Neft müəssisələrinə hücum Səudiyyə Ərəbistanının bu qarşıdurmadakı zəif tərəfini göstərmiş oldu. BBC-nin şərhçisinə görə, Tramp administrasiyasının regionla bağlı dəqiq hədəflərinin olmamasından həvəslənən səudiyyəlilər fəallıq göstərirlər və regiondakı gərginlik həm də buna görə artır.

ERMƏNİLƏR SIĞORTALANIR

Sentyabrın 16-da ABŞ Dövlət Departamentində Qarabağ müzakirələri olub.

Virtualaz.org xəbər verir ki, Amerika Erməni Milli Komitəsi (ANCA) bu müzakirələr haqda açıqlama yayıb. Orada deyildiyinə görə, “artsaxla” (Dağlıq Qarabağa ermənilər tərəfindən verilən qondarma ad) Azərbaycan arasında “möhkəm və demokratik sülhə nail olunması” yolları Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri ilə müzakirə olunub.

Görüşdə Dövlət Departamentinin Qafqaz işləri və regional münaqişələr departamentinin direktoru Çeril Fernandes və Minsk Qrupunun amerikalı həmsədri Endryu Şofer iştirak ediblər. ANCA adından bu təşkilatın rəhbəri Raffi Ambaryan və hökumət məsələləri üzrə direktoru Tereza Yerimyan görüşə qatılıblar.

Açıqlamaya əsasən görüşdə konqresmenlər Roys və Engel tərəfindən irəli sürülmüş tədbirlər planına “Bakının müqavimətini dəf etməyin yolları” müzakirə edilib. Və ANCA Dövlət Departamentinin rəsmilərinə bildirib ki, ABŞ “dərindən korlanmış və açıq-aşkar iflasa uğramış” Madrid prinsiplərinin “daha dayanıqlı və demokratik yanaşmalarla” əvəz edilməsi yolu ilə Qarabağa dair dalana dirənmiş danışıqların yenidən başlanmasına kömək göstərməlidir.

Açıqlamada daha sonra ermənipərəst konqresmenlər Ed Roys və Eliot Engelin 2015-ci ildə  təmas xəttində gərginliyin azaldılması bəhanəsi ilə irəli sürdüyü təslimçi tədbirlər planının əsas müddəaları xatırladılır. Həmin konqresmenlər tərəfindən irəli sürülən və 80-ə yaxın ermənipərəst konqresmen tərəfindən dəstəklənən tədbirlər planına snayperlərin, ağır silahların təmas xəttindən çəkilməsi, təmas xətti boyu istənilən yeni silahların yerləşdirilməsindən imtina, atəşkəs rejiminə riayət edilməsinin monitorinqini aparmaq üçün Minsk Qrupunun müşahidəçilərinin sayının artırılması daxildir. ANCA bildirir ki, Azərbaycan həmin tədbirlərə razılıq verməkdən bu günə qədər imtina edir.

Həmin vaxt Ed Roysun və Eliot Engelin təşəbbüsü Dövlət Departamenti tərəfindən dəstəklənmişdi. Bu dəstək dövlət katibinin hüquqi məsələlər üzrə köməkçisi Culiya Frayfildi Amerikadakı erməni daşnaklarına göndərdiyi məktubda ifadə olunurdu.

Virtualaz.org qeyd edir ki, Dövlət Departamenti həmin tədbirlər planını qəbul etdirmək üçün Bakıya müəyyən təzyiqlər də göstərmişdi. Lakin Azərbaycan tərəfi öz ərazilərinin işğalını legitimləşdirməyə xidmət edən belə təslimçi təklifləri qəbul edə bilməzdi. Çünki snayperlərini, silahlarını geri çəkməli olan tərəf varsa, o da Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistandır.

İndi isə göründüyü kimi Amerika erməni lobbisi bu təşəbbüsü yenidən gündəmə gətirməyə çalışır və üstəlik Ermənistanla Azərbaycan arasında danışıqlardan deyil, qondarma “artsax”la Bakı arasında danışıqlardan bəhs edir. Bu da Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakına dair Nikol Paşinyanın hakimiyyətə gələn kimi irəli sürdüyü tezisin mənşəyinin əslində hara gedib çıxdığına işarədir.

GÖRÜŞÜN ANTİ-AZƏRBAYCAN MAHİYYƏTİNƏ CAVAB

ABŞ rəsmilərinin, xüsusilə Dövlət Departamentinin Qafqaz işləri və regional münaqişələr departamentinin direktoru Çeril Fernandes və Minsk Qrupunun amerikalı həmsədri Endryu Şoferin bu anti-Azərbaycan, ermənipərəst, xristian təəssübkeşi yığıncağında iştirakı göstəricidir.

1) ABŞ siyasi dairələri, hətta Minsk Qrupu adlanan dələduz aktyor truppasının amerikalı təmsilçisi birbaşa mesaj verirlər ki, onlar “arsax”ın müstəqil bir “dövlət” olmasını istənilən zaman tanıya bilərlər və onu artıq de-fakto beynəlxalq münasibətlərin aktoru kimi qəbul edirlər.

2) Rəsmi Vaşinqton açıq mesaj verir ki, Azərbaycan tərəfini ciddi qüvvə kimi tanımır. Əgər Azərbaycan tərəfini də hesaba alsa idi, Dövlət Departamenti görüşə formal da olsa Azərbaycandan kimisə, hətta ermənilərə satılmış hansısa “sorosçu mühaciri” belə dəvət edərdi.

3) Amerikalılar bir daha göstərirlər ki, onlar erməniləri qüvvə sayaraq onlara daha çox reverans edirlər və bununla da Türkiyə ilə yaxınlaşan Moskva ilə “kim ermənilərin daha çox nazı ilə oynayar” yarışında növbəti xal qazanmaq istəyirlər.

4) ABŞ siyasi dairələrinin indiki dövrdə açıq ermənipərəst mövqeyinin nümayişi görünür, həm Azərbaycana və xüsusilə də Moskvaya mesajdır ki, ABŞ-ın Yaxın Şərqlə bağlı planlarında “erməni kartından” istifadə də var. Xüsusilə də, Azərbaycanın guya KTMT-yə daxil olması ilə bağlı yayılan xəbərlər fonunda…

İstər Vaşinqtonda bu cür yüksək siyasi səviyyədə Azərbaycan əleyhinə tədbirlər keçirəndə biz ənənəvi “straus siyasətindən” uzaq durmalıyıq.  Çünki nümayiş etdirdiyimiz dişsiz bəyanatbazlıq bir daha erməni və ermənipərəst qüvvələrin belə bir fikir qətiyyətini artırır ki, guya Azərbaycan zəifdir və pafoslu bəyanatlardan ötəsi addım atmayacaq.

İstər Moskvada, istər Vaşinqtonda bu cür yüksək siyasi səviyyədə Azərbaycan əleyhinə tədbirlər keçirən kimi cəbhə xəttində növbəti erməni təxrubatından yararlanaraq “arsax-marsaxda” bir dığacıq məntəqəsini yer üzündən silmək, “ermənistan” adlı xristian forpostuna yüzlərlə dığacıq əsgərin meyitlərinin selini təşkil etməliyik. Qoy, Vaşinqton və Moskva görsün ki, bölgədə haylar, gürcülər deyil, biz qüvvəyik. Yalnız bu yol ilə biz özümüzün, Dövlətimizin və Millətimizin sayılmasına nail ola bilərik.

Qarxunlu

“Millətçilik” qəzeti