Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin (RİH) binasında əməliyyat keçirir.

Bakıxəbər.az xəbər verir ki, DTX əməkdaşları hazırda icra hakimiyyətinin binasında və icra başçısının otağında əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyedir.