“Royal Bank of Canada”nın investorlar arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, Donald Trampın yenidən ABŞ prezidenti seçiləcəyini proqnozlaşdıranların sayı artıb.

Bakıxəbər.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, sorğuya 119 investor qatılıb və onlarn 76%-i D.Trampın yenidən prezident görəcəyi qənaətində olub. Halbuki 3 ay bundan əvvəl keçirilmiş sorğuda sözügedən nisbət 66% təşkil edib.

İnvestorların əksəriyyətinin fikrincə, D.Tramp ABŞ rəhbərliyində qalmaqda davam etsə, bu, beynəlxalq səhm bazarına müsbət təsir edəcək.