Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl-Səud və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı ölkə başçıları İrana qarşı sanksiyalar fonunda karbohidrogen bazarında sabitlik yaradılması üzrə səylər barədə müzakirə aparıblar.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi “Twitter” səhifəsində məlumat verib.

XİN-in məlumatına görə, söhbət zamanı müzakirələr neft bazarının sabitliyini və dünya iqtisadiyyatında artımı təmin etmək üçün təchizatların dəstəklənməsi üzrə göstərilən səylər ətrafında olub.