ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların sabiq dövlət başçısı, bir neçə gün bundan əvvəl vəfat etmiş Corc Buşla (ata) vida mərasimində iştirak etmək üçün Kapitoliyə gəlib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, mərhum Corc Buşun (ata) cənazəsi Vaşinqtona, Kapitoliyə gətirilib.

Donald Tramp mərasimə həyat yoldaşı Melanya Trampla birlikdə gəlib. Onun vida mərasimində iştirakını Amerikanın yerli kanalları canlı yayıblar.

Daha əvvəl Kapitolidəki mərasimdə ABŞ-ın vitse-prezidenti Mayk Pens, həmçinin Konqres üzvləri çıxış ediblər. “New York Times” bildirib ki, Tramp vida mərasiminə dəvət olunsa da, o, çıxış etməyəcək.

Qeyd edək ki, sabiq dövlət başçısı C.Buş 95 yaşında dünyasını dəyişib.