“Prezident Həsən Ruhani ilə görüşmək planım yoxdur. Ola bilsin, gələcəkdə nə vaxtsa görüşdük”.

Bakıxəbər.az xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“Əminəm ki, o, şübhəsiz, gözəl insandır!” – deyə D.Tramp İran prezidenti H.Ruhani haqqında yazıb.

Qeyd edək ki, dünən İran prezidenti Tehranla danışıqlar aparmaq üçün D.Trampın nüvə sazişinə qayıtmalı olduğunu bildirib.