“Dünya ictimaiyyəti yenidən ABŞ-a hörmət edir”.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Missuri ştatında tərəfdarlarının mitinqində çıxışında bildirib.

“Onlar (dünya ictimaiyyəti) bizə hörmət edirlər, Çin hörmət edir… Rusiya bizə hörmət edir… Onların hamısı ABŞ-a hörmət edir”, –  ABŞ dövlət başçısı deyib.

D.Tramp söyləyib ki, bu barədə eşidəcəklərini heç düşünmürdülər.

O, həmçinin hər bir dünya liderinin onu Birləşmiş Ştatların iqtisadi nailiyyətləri ilə əlaqədar təbrik etdiyini diqqətə çatdırıb.