Doğma Yurda Qayıdış İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə İmişli rayonunda məskunlaşmış 60 məcburi köçkün ailəsinə zəruri ərzaq və digər istehlak mallarından ibarət yardım paylayıb. 7-8 sentyabr tarixlərində ərazidə olan layihə iştirakçıları Şura ilə razılaşdırılmış siyahı əsasında həmin ailələrin nümayəndələri ilə pandemiya qanunlarına uyğun olaraq görüşüblər. DYQ-nin və layihənin rəhbəri Səməd Hətəmovun əməkdaşımıza verdiyi məlumatda bildirilir ki, təşkilat Şuranın tövsiyyəsi ilə layihənin təyinatını dəyişərək ehtiyacı olan ailələrə yardım kompaniyasına qoşulub. “Hesab edirəm ki, dövlət siyasətinə dəstək məqsədi ilə qoşulduğumuz bu aksiya mövcud zamanda kifayət qədər vacib olan işlər siyahısındadır. İnsanlar pandemiya səbəbindən artıq bir neçə aydır ki, gündəlik fəaliyyətləri ilə əvvəlki qaydada məşğul olmaq imkanlarından məhrum olublar. Belə məqamda insanlar, o cümlədən ölkənin ən həssas təbəqisi olan məcburi köçkünlərə əraq və digər istehlak mallarının yardım formasında çatdırılması öz əhəmiyyəti ilə digər məsələlərdən fərqlənir. Bu işdə bizə yardım edən bütün təşkilatlara DYQ İB adından təşəkkür edirəm”.
Doğma Yurda Qayıdış İctimai Birliyi İmişlidə məcburi köçkün ailələrinə yardım payladı
Doğma Yurda Qayıdış İctimai Birliyi İmişlidə məcburi köçkün ailələrinə yardım payladı
Doğma Yurda Qayıdış İctimai Birliyi İmişlidə məcburi köçkün ailələrinə yardım payladı