“Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında keçiriləcək görüşlə bağlı heç bir təfərrüat yoxdur, hazırlıqlara yeni başlanılıb”.

Bakıxəbər.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Daha əvvəl V.Putin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşdə noyabrın 11-də Parisdə Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlər çərçivəsində ABŞ Prezidenti ilə görüş keçirilməsini təklif edib.

Xatırladaq ki, bundan öncə ABŞ və Rusiya prezidentləri iyulun 16-da Helsinkidə görüşüblər.