Bakı şəhərinin Nizami rayonu ərazisində yanğın baş verən “Diqlas” ticarət mərkəzinin söküntüsü davam etdirilir.

Bakıxəbər.az xəbər verir ki, artıq söküntü işləri yekunlaşmaq üzrədir. Hazırda ticarət mərkəzinin birinci mərtəbəsinin sökülməsi istiqamətində son tamamlanma işləri aparılır.

Qeyd edək ki, bu ilin martın 26-da Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospketində yerləşən beşmərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib.