Goranboy rayonunda İkinci Qarabağ müharibəsi döyüşlərində yaralanan və qazi adını qazanan igid oğullarla növbəti görüş keçirilib. 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə keçirilən görüşlərdə qazilər evlərində ziyarət olunur.

Ziyarətdən məmnun qalan qazilər qonaqların istəyi ilə öz döyüş yollarından danışıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində qazanılan Böyük Qələbənin sevinci ilə yaşadıqlarını bildiriblər. Qonaqlar Vətən Müharibəsinin igid oğullarının qayğıları ilə maraqlanıb, qazilərin eləcə də şəhid ailələrinin, qanlı döyüş yolu keçən müharibə iştirakçılarının öz üzərlərində daim dövlətimizin, ölkə rəhbərinin qayğısını hiss edəcəklərini söyləyiblər.