“Məhkəmə-hüquq sistemində aparılan islahatlar bizi qane edə bilməz”.

Bakıxəbər.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, məhkəmələrdən deputatlara minlərlə şikayət daxil olur:

“İnsanlar məhkəmələrdən narazıdır. Bank sistemi ilə əlaqədar məhkəmələrdə ədalətsiz qərarlar olur. Hesab edirəm ki, məhkəmə sistemi tamamilə dəyişdirilməlidir. Hakimlər qərar qəbul edəndə vicdanlarını qabaqlarına qoyub qərar qəbul etsinlər”.