Milli Məclisin deputatı Əziz Ələkbərli Aşıq Ələsgərin heykəlinin ucaldılmasını təklif etdi.

“Yeni Gündəm”in məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin 26.01.2021-ci il tarixli iclasında komitənin üzvü, Milli Məclisin deputatı Əziz Ələkbərli 2021-ci ildə Azərbaycan aşıq sənətinin zirvəsi olan Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə Bakı şəhərində böyük sənətkarın heykəlinin ucaldılmasını təklif etmişdir.

Qeyd edək ki, təklif Komitə sədri Qənirə xanım Paşayeva və deputatlar tərəfindən dəstəklənmişdir.