Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov 6 illik erməni əsirliyindən qurtarılmış Dilqəm Əsgərovla evində görüşüb.

Görüş zamanı millət vəkili Dilqəm Əsgərova yenidən xalqına, el-obasına, ailəsinə qovuşduğu üçün gözaydınlığı verib. Qeyd edib ki, erməni əsirliyində saxlanıldığı müddətdə bu məsələ hər zaman Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin daim diqqətində olub: “Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azadlığam qovuşması Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilmiş Vətən müharibəsinin Zəfərlə yekunlaşmasının məntiqi nəticələrindən biri oldu”.

D.Əsgərov bu diqqəti hər zaman hiss etdiyini bildirərək azadlığa qovşumasına görə ölkə Prezidentinə minnətdarlığını çatdırıb.

Açıklama yok.