Gürcüstanda yaşayan milli azlıqların, əsasən də azərbaycanlıların milli və dini zəmində Gürcüstanın rəsmi şəxsləri tərfindən mütəmadi təhqir edilməsi adi hal almağa başlayıb. Bu çox təhlükəli tendensiyadır, ancaq hələ də qarşısı Gürcüstan dövləti tərfindən alınmır. Bunu mətbuata aşıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov bildirib.

D, Gülməmmədovun sözlərinə görə Gürcüstanın milliyətcə gürcü rəsmi şəxslərinin, ictimai-siyasi xadimlərinin və aparıcı media qurumlarının rəhbərlərinin azərbaycanlıların milli və dini heysiyyatını təhqir etməsi yeni deyil və planlı aparılan bir prosesdir, eyni zamanda həmin şəxslərin azərbaycanlılara qarşı nifrətinin göstəricisidir. 2018-ci ildə eks-müdafiə naziri İrakli Okruaşvili azərbaycanlıları təhqir etdi, daha sonra Gürcüstan Leyborist Partiyasının Sədri Şalva Natelaşvili azərbaycanlıları “gəlmə və vəhşi” adlandırdı,”Orta Asiyaya geri dönmələrini tövsiyyə etdi”, 2020-ci ildə Marneuli və Xucabi Yepiskopu Qriqori Camdeliani əslən Borçalıdan olan dövlət xadimi və yazlçı N.Nərimanovu “satqın” adlandırdı və Marneuli şəhərindəki büstünü sökülməsini məsləsini qaldırdı.
İndi də Mixeil Saakaşvilin tərəfdarı, Milli Hərakat Partiyasının rəhbərliyinə daxil olan, tanınmış jurnalist Nika Qvaramia İslam dinində ən müqəddəs və müzakirə eilməyən Allahı təhqir edir, “insanı Allaha bənzədir”. Nika Qvaramianın “Sakaşvililiyi Allaha bənzətməsi, özünü isə onun peyğəmbəri Hz. Məhəmməd hesaq hesab etməsi” böyük təhqirdir və insanın düşüncəsinə belə sığmır.
Özünü cinsi azlığın nümayəndəsi hesab edən bu axmaq, əxlaqsız tam quduraraq “insanı Allaha bənzətməyə cəhd edir”, İslami baxımdan Allaha şirk qoşur, digər tərfdən isə Gürcüstandakı və dünyadakı müsəlmanların dini heysiyyatını birbaşa təhqir edir. Gürcü Pravoslav Kilsəsi tərfindən murdar hesab edilən hu Nika Qvaramia müsəlmanları təhqir etməkdən sanki zövq alırmış kimi özünü də Həzrti Məhəmməd Peyğəmbərə “bənzədir”. Bütün bunların səbakarı Gürcüstan Höküməti və hüquq-mühafizə orqanlarıdır. Vaxtı ilə İ.Okruaşvili və ya Ş.Natelaşvili insanları milli və dini zəmində təhqir etdikləri zaman qanuni ölçü götürlsəydi bu halalar baş verməzdi.
Daşqın Gülməmmədov həmçinin əlavə edib ki, Nika Qvaramia kimi şəxslərin bu tipli bəyanatları məhz Gürcüstana qarşı yönəlmiş informasiya təxribatıdır. Cinsi azlığın nümayəndəsinin əxlaqsız və tərbiyəsizcəsinə Allahı və Hz. Məhəmməd Peyğəmbəri təhqir etməsi İslam aləmində Gürcüstana qarşı genişmiqyaslı informasiya hucumunun və aqressiv nifrətin yaranmasına səbəb ola bilər.
Fakt isə budur ki, Nika Qvaramia gürcüstan kriminal Məcəlləsinin 142-1-ci maddəsinin 2-ci bəndi ilə nəzərdə tutulmuş cinayəti (milli və dini ayrı seçkilik salma) törədib və həbs edilərək barəsində istintaq aparılmalıdır. Bu tədbir nə qədər tez görülsə Gürcüstanın dövlət maraqları üçün daha sərfəlidir, deyə Daşqın Gülməmmədov deyib.